"Uzun müddətdir "Atena"nın İsmayıllı pendirin istifadə edirəm, amma bu dəfə..." Dia-az.Media xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında İlkin Aslan adlı istifadəçi giley edir. Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Demək olar həftədə ən azı 4-5 dəfə istifadə olunur.
Son aldığım pendirin istehsal tarixi yerində olsa da, pendir həmişəki deyil... Həm ovxalanır, həm içində demək olar suyu yox idi, həm də yağı yoxdur.
Qablaşdırma... falan.. hamısı qaydasındadır, hava da çəkmir..."
Qeyd edək ki, narazı vətəndaş iddiasını sübutlayan fotoları da təqdim edib...